AZ

Harri Keyn: “Daha 100 qol vurmağa ümid edirəm”

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen komandasının heyətində 100-cü qolunu vurduqdan sonra emosiyalarını bölüşüb.

İdman.biz xəbər verir ki, ingiltərəli oyunçu bu göstəriciyə Almaniya çempionatının 5-ci turunun “Verder”lə oyununda (4:0) iki qol vuraraq çatıb.

“Bu böyük klubun heyətində 100 qol vurmaq böyük şərəfdir. Bu uğura həm də komanda yoldaşlarımın və məşqçilər korpusunun sayəsində nail olmuşam. Bu göstəriciyə bu qədər tez nail olduğum üçün çox fəxr edirəm. Ümid edirəm ki, ən qısa zamanda daha 100 qol vura biləcəyəm”, - Keyn deyib.

Keyn 100 qolu “Bavariya”da keçirdiyi 104 oyunda vurub. 21-ci əsrdə 5 ən yaxşı Avropa liqasında hələ heç bir oyunçu bir klubun heyətində belə az oyunda 100 qola imza atmayıb.

Beş ən yaxşı Avropa liqası deyiləndə İngiltərə Premyer Liqası, La Liqa, Bundesliqa, İtaliya A Seriyası və Fransa çempionatı - Liqa 1 nəzərdə tutulur.

İdman.biz

Seçilən
34
8
idman.biz

10Mənbələr