AZ

Portuqaliya çempionatı: “Qarabağ”ın rəqibindən çətin qələbə

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Benfika” komandası Joze Mourinyonun rəhbərliyi altında növbəti oyununa çıxıb.

İdman.biz bildirir ki, Lissabon klubu Portuqaliya çempionatının 7-ci turu çərçivəsində “Jil Visente” ilə qarşılaşıb.

Oyunun başlanğıcında “Jil Visente” hesabı açmağa müvəffəq olub. 11-ci dəqiqədə Esteveş topu meydan sahiblərinin qapısından keçirib.

Lakin qonaqların sevinci uzub sürməyib. 18-ci və 26-cı dəqiqələrdə Pavlidis dəqiq zərbələrlə “Benfika”nı irəli çıxarıb. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə komandalar qapılara yol tapa bilməyiblər. Qonaqların oyunçusu Hevertton Santos isə qırmızı vərəqə alaraq meydançadan qovulub.

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan Mourinyonun komandası 17 xal toplayaraq yarış cədvəlində ikinci yerə yüksəlib. Birinci yerdə isə 18 xal toplamış “Porto” klubudur.

“Benfika” UEFA Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ” klubun rəqibi olub. Ağdam klubu Lissabonda 3:2 hesabı ilə əzmkar qələbəyə imza atıb. Məhz bu məğlubiyyətdən sonra lissabonluların baş məşqçisi Bruno Laji Joze Mourinyo ilə əvəzlənib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr