AZ

Kasım Jomart Tokayev: İkinci və üçüncü AES lərin tikintisinin planlaşdırılmasına başlamaq lazımdır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astana, 27 sentyabr, AZƏRTAC

Nüvə enerjisi Qazaxıstan üçün müstəsna əhəmiyyətli və vacib enerji mənbəyidir. Hazırda dünyada 416 nüvə reaktoru fəaliyyət göstərir.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Elm və Texnologiya üzrə Milli Şuranın iclasında bildirib.

Onun sözlərinə görə, ABŞ-da 94 nüvə reaktoru fəaliyyət göstərir, lakin ölkə kifayət qədər uran istehsal etmir.

“Qazaxıstan bu yanacağın Amerika bazarına tədarükünün 24 faizini təmin edir. Fransada da oxşar vəziyyətdir, burada 50-dən çox elektrik stansiyası ölkəmizdə hasil edilən uran alır. Hazırda 31 ölkə atom elektrik stansiyaları (AES) vasitəsilə enerji istehsal edir. Beləliklə, hər altı dövlətdən biri dinc nüvə enerjisindən istifadə edir, daha 20-yə yaxın ölkə isə nüvə reaktorları tikməyi planlaşdırır”, - deyə o bildirib.

Kasım-Jomart Tokayev vurğulayıb ki, Qazaxıstan bir atom elektrik stansiyası ilə məhdudlaşmayacaq.

“Artıq indi ikinci və üçüncü AES-in tikintisinin planlaşdırılmasına başlamaq lazımdır. Çin Xalq Respublikasının Sədri ilə görüşümüzdə bu mövzunu müzakirə edərkən iki ölkə arasında dinc nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılaşma əldə edilib. Yaxın 15 ildə təkcə Çində 76 yeni reaktor işə salınacaq. Şərq qonşumuz bu sənayedə dünya liderlərindən biridir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
23
azertag.az

10Mənbələr