BAKI, 27 sentyabr. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatındakı (BMT) çıxışı yalanlar və saxtakarlıqlarla doludur.
Teleqraf xəbər verir ki, bu bəyanatla Fələstin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi çıxış edib.
“Bu, məğlub bir insanın, soyqırımı törədən dövlətdən getdikcə daha da uzaqlaşan Qərbi yenidən bir araya gətirməyə çalışan ümidsiz bir liderin çıxışı idi. O, yeganə arqument kimi qorxudan istifadə edirdi”, - nazirliyin Avropa işləri üzrə departamentinin direktoru Adel Atiyeh bildirib.
“Bu çıxış nə baxış, nə də perspektiv nümayiş etdirdi. O, yalnız artan təcrid olunmanı, tarixin səhv tərəfində dayandığını bilən bir qüvvənin narahatlığını əks etdirdi”, - Fələstin rəsmisi əlavə edib.