AZ

“Qayıdış prosesi gözlədiyimdən uzun sürdü”

İngiltərə “Brayton”unun və Türkiyə millisinin müdafiəçisi Fərdi Kadıoğlu zədədən sonra bərpası barədə danışıb. 

90deqiqe.Az xəbər verir ki, "The Athletic" 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Barmağımın böyük barmağında zədə var idi, bağ qopmuşdu. Əvvəl əməliyyatsız sağalmasına çalışdıq. Lakin düzgün sağalmadı. Sonradan əməliyyat etmək lazım gəldi və bu müəyyən vaxt aldı. Əməliyyatdan sonra geri qayıtmaq çətin idi. Çox ağrı hiss edirdim, bərpa prosesi gözlədiyimdən uzun çəkdi”

Qeyd edək ki, o, keçən mövsümün böyük hissəsini buraxmalı olub. 2024-cü ildə “Brayton”a keçərkən Kadioglu Türkiyədən gedən ən bahalı ikinci futbolçu olub. Onun qiyməti 33 milyon avro təşkil edib. Bu mövsümdə 25 yaşlı müdafiəçi klub səviyyəsində 6 matçda meydana çıxıb və 3 sarı vərəqə alıb.

Seçilən
30
90deqiqe.az

1Mənbələr