AZ

Konqresin demokrat üzvləri Trampı Fələstin dövlətini tanımağa çağırıblar

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar prezident Donald Trampa məktub yazaraq, ABŞ-ı Fələstin dövlətini rəsmən tanımağa çağırıblar...

APA xəbər verir ki, bu haqda “The Guardian“ mənbələrə istinadən məlumat yayıb.

 
Qəzetinin verdiyi məlumata görə, demokrat Ro Xannanın təşəbbüsü ilə imzalanan məktubu Konqresin 46 demokrat üzvü imzalayıb.

Xanna öz növbəsində daha çox Konqres üzvünü məktubu imzalamağa çağırıb.

Bu gün ABŞ prezidenti Tramp və dövlət katibi Marko Rubioya çatdırılması planlaşdırılan məktubda bu addımın Fələstinin öz müqəddəratını təyin etmə hüququnu tanımaq üçün gecikmiş addım olduğu bildirilib və ABŞ-ın da digər Qərb ölkələri kimi Fələstin dövlətini də tanımalı olduğu vurğulanıb.

Poliqon.info

Seçilən
6
4
poliqon.info

5Mənbələr