AZ

Toydan qayıdanlar ağır qəzaya düşdü - Altı yaralı var - VİDEO

Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığında, Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi "Toyota Pajero" markalı avtomobil idarəetməni itirərək Ağçay üzərindəki körpüdən çaya aşıb. İlkin məlumatlara əsasən, hadisə zamanı altı nəfər yaralanıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara hazırda tibbi yardım göstərilir.

Məlumata görə, qəzaya düşənlər toy mərasimindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Milli.Az

Seçilən
24
1
milli.az

2Mənbələr