AZ

Bu ölkələr siçovulların istilasından əziyyət çəkir Səbəb nədir?

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Böyük Britaniya və ABŞ-nin böyük şəhərləri siçovulların istilasından əziyyət çəkir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Britaniyanın zərərvericilərlə mübarizə xidmətlərinin məlumatına görə, son iki ildə gəmiricilərlə bağlı müraciətlərin sayı 20% artıb.

Oxşar problemlər Vaşinqton, San-Fransisko və Nyu-York kimi böyük şəhərlərdə siçovulların aktiv şəkildə çoxaldığı ABŞ-də da müşahidə olunur.

Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər böyük şəhərlərdə gəmiricilərin populyasiyasının artmasına səbəb olan bir neçə amili qeyd edirlər: “fast food” istehlakının artması, zibil yığılmasının gecikməsi və kanalizasiya sistemlərini pozan tikinti işləri.

Artan temperaturun siçovulların sayının artmasında da rol oynadığı güman edilir. Nyu York Şəhər Səhiyyə Departamentinin və Riçmond Universitetinin araşdırmalarına görə, son 17 ildə gəmiricilərin populyasiyası Vaşinqtonda 400%, San-Fransiskoda 300%, Nyu Yorkda isə 160% artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
qafqazinfo.az

2Mənbələr