AZ

Xaçmazda avtomobil körpüdən çaya düşdü - VİDEO

Xaçmazda avtomobil körpünün dəmir məhəccərini qıraraq çaya aşıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yol nəqliyyat hadisəsi günün ikinci yarısı Xaçmaz şəhəri ərazisində baş verib.

Rrayonunun Hülövlü kənd sakini Tural İskəndərov yüksək sürətlə idarə etdiyi “Mitsubishi Pajero”
markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpünün dəmir məhəccərini qıraraq şəhər ərazisindən keçənAğçay çayına düşüb.

Qəza zamanı avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarət alanlar yaxınlıqdakı insanların və FHN-nin xilasediciləri tərəfindən çıxarılaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə edilən məlumata görə, qəzayadüşən şəxslərrayonun Hülövlü kənd sakinləridir. Hadisə onlar toy mərasimindən yaşadıqları Hülövlü kəndinə qayıdan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
teleqraf.com

1Mənbələr