Türkiyə Super Liqasında VII tura start verilib...
Apasport.az xəbər verir ki, lider "Qalatasaray" "Alanyaspor"un qonağı olub.
Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə keçib. Hesab ilk yarıda açılıb. Mauro İkardi fərqlənib. Bu qol matçda yeganə olub - 1:0.
Bununla da, "Qalatasaray" yerli çempionatda ardıcıl 7-ci qələbəsini qazanıb. Komanda liderliyini davam etdirir.
Türkiyə Super Liqası
VII tur
"Alanyaspor" - "Qalatasaray" 0:1
Poliqon.info