AZ

71 yaşlı kişini "tok" vurdu - Bədbəxt hadisə

Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Pirəbbə kəndində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
12
manset.az

10Mənbələr