AZ

Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi

Azərbaycanlı biznesmen Adnan Əhmədzadənin həbsi sonrası onun Dubayda qeydiyyatdan keçmiş Oilmar Shipping and Chartering DMCC şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən satın alınıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Haqqın.az yayıb.

Şirkət 2015-ci ildə yaradılıb və gəmi yanacağı ilə neft məhsullarının satışında ixtisaslaşıb. Oilmar dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir və 2022-ci ildə 1 milyard dollardan çox gəlir əldə edib.

Yusif Məmmədov bildirib ki, səhmlərin alınması prosesi artıq başlayıb və yaxın günlərdə başa çatacaq. Onun sözlərinə görə, bu addım şirkətin fəaliyyətinin davamlılığını təmin etmək və istintaq dövründə mümkün risklərdən qorunmaq məqsədi daşıyır.

Məmmədov səhmdarlara əminlik verib ki, şirkətin gündəlik işi və xidmətlərinin keyfiyyəti təsirlənməyəcək.



Xəbər 6 dəfə oxunub.
Seçilən
4
xezernews.az

1Mənbələr