AZ

2025-ci ilin “Qızıl top” üçün səsvermənin nəticələri açıqlanıb

BAKI, 26 sentyabr. TELEQRAF

“Qızıl top”un "X" sosial şəbəkə hesabında ötən mövsüm üçün keçirilən səsvermənin nəticələri açıqlanıb.

Teleqraf xəbər verr ki, mükafatı 1380 xal toplayan Paris Saint-Germain-in futbolçusu Usman Dembele qazanıb.

“Barselona”nın cinah oyunçusu Lamine Yamal 1059 xalla ikinci olub. İlk üçlüyü 703 xalla PSJ-nin yarımmüdafiəçisi Vitinya tamamlayıb.

Dembele ilk dəfə “Qızıl top”u qazanıb.

Paris klubu ilə Dembele son illərdə beş kubok qazanıb: Fransa Çempionatı , Fransa Kuboku, Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku. Millətlər Liqasında Fransa millisi üçüncü yer uğrunda görüşdə Almaniya millisini məğlub edərək bürünc medal qazandı .

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, ümumiyyətlə, ən nüfuzlu fərdi futbol mükafatı hesab olunur. İlk Ballon d'Or mərasimi 1956-cı ildə keçirilib.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr