ain.az, Gununsesi saytına istinadən bildirir.
Almaniya pilotsuz uçuş aparatları (PAU) ilə bağlı insidentdən sonra mümkün casusluq və təxribatla bağlı araşdırmalara başlayıb.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Şlezviq-Holştayn federal torpağının daxili işlər naziri Sabina Zütterlin-Vak məlumat verib.
O, dronların dünən gecə aşkarlandığını, bundan sonra yerli hakimiyyət orqanlarının araşdırmaya başlamaq qərarına gəldiyini bildirib.
“Qismən Danimarka və digər Avropa ölkələrində baş verən son hadisələrə görə Şlezviq-Holştayn federal hökumət və Almaniya Silahlı Qüvvələri ilə sıx və davamlı əməkdaşlıq edir”, – o deyib.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.