Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Oktyabrın 27-də, saat 11:00-da "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Avtosfer.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq. Yığıncağın gündəliyinə bəzi səhmdarların paylarının geri alınması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,966 milyon manatdır. Müəssisənin səhmlərinin 96 %-i "LOTOS-S" MMC-yə, 4 %-i isə 482 fiziki şəxsə məxsusdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.