Pakistan çoxsaylı sülhməramlı səylərinə görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, ABŞ liderinin Hindistanla atəşkəsə nail olmaq üçün göstərdiyi sülhməramlı səylər Cənub-şərqi Asiyada genişmiqyaslı müharibə təhlükəsinin qarşısını alıb."Pakistan minnətdarlıq əlaməti olaraq prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Onun sülh sevgisini nəzərə alaraq bu edə biləcəyimiz minimum işdir", - Ş.Şərif bildirib.O həmçinin Hindistanla münaqişənin gərginləşməsi zamanı Pakistana göstərdiyi diplomatik dəstəyə görə Azərbaycana təşəkkür edib."Dostlarımıza və tərəfdaşlarımıza - Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycan, İran, BƏƏ və BMT Baş katibinə bu çətin zamanlarda göstərdikləri diplomatik dəstəyə görə təşəkkür edirik", - baş nazir əlavə edib.