Litvanın 98 yaşlı keçmiş prezidenti Adamkus xəstəxanaya yerləşdirilib.
Teleqraf "Delfi" portalına istinadən xəbər verir ki, 98 yaşlı keçmiş prezident Valdas Adamkus yoluxucu xəstəlik şübhəsi ilə xəstəxanaya yerləşdirilib .
"Adamkus sentyabrın 25-i axşam saatlarında xəstələnib və klinikaya müraciət edib. Yoluxucu xəstəlik şübhəsi ilə əlaqədar Adamkus müayinə və müalicənin planlaşdırılması üçün xəstəxanaya yerləşdirilib", - tibb müəssisəsindən bildirilib.
Klinikadan qeyd edilib ki, hazırda sabiq prezidentin vəziyyəti stabildir.
Adamkus 1998-2003 və 2004-2009-cu illərdə Litva Respublikasının prezidenti olub.