AZ

“Yağışlı havadan sonra duş qəbul etməliydim” Jorj Kaşkilya

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“İmişli” “Zirə” ilə ev oyununda heç-heçə etdi. “Football-plus.az” Aran təmsilçisinin baş məşqçisi Jorj Kaşkilyanın 20 dəqiqə gecikmə ilə başlayan mətbuat konfransından hesabatı təqdim edir.- Oyun çətin alındı. Meydança da problem yaratdı. “Zirə” ən güclülərdəndi. Çempionluğa oynayan komandaya qarşı layiqincə mübarizə apardıq. Uşaqlar qoldan sonra daha rahat oynadılar. “Zirə”də keyfiyyətli futbolçular var. İkinci hissədə təhlükəli hücumlar qurdular. Mərkəzdən müdafiəmizi yara bilmədilər. Cinahlardan gəldilər və bir qol vura bildilər. Bu nəticəni qənaətbəxş sayırıq. VAR-dan narazıyam. Almeydaya qarşı kobudluq var idi. 1-ci hissədə topsuz qalan futbolçumuza kobudluq olmuşdu. Üç xal qazanmaq istərdik, 1 xal da yaxşıdı.- Mətbuat konfransına hər dəfə gecikirsiz. Zəhmət olmasa, bunu nəzərə alın.- Yağışlı havadan sonra duş qəbul etməliydim. Konfrans zalı da uzaqdadı.- Güclü komandalarla oynamısız, uduzmamısız. “Qarabağ”ı məğlub edə bilərsiz?- Mümkündü. Top yumrudu. Futboldu, hər şey ola bilər.- Buraxdığınız qolu necə şərh edərdiz?- Meydançanın vəziyyəti yaxşı deyil. Səbəbi budu.- Sinenka altıncı oyununda ilk qolunu buraxdı. Qışda əlinizdən alınacağından narahat deyilsiz?- Hər şey mümkündü. Amma saxlamağa çalışacağıq. Fantastik qapıçıdı. Məşqlərdə də, oyunlarda da əla çıxış edir.- Çempionatın ən güclü qapıçısı “İmişli”dədi?- Ən güclü iki-üç qapıçıdan biridi.- Azərbaycan çempionatında uğurun sirri fiziki hazırlıqdı?- Üç amil var. Texniki, fərdi hazırlıq və taktiki intizam. Futbol çox qaçmaq deyil. Əsas taktiki hazırlıqdı. Azsaylı azarkeşləriməzə də təşəkkür edirəm. Bizi durmadan dəstəklədilər.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr