AZ

Vaxtilə Azərbaycana qarşı ədalətsiz mövqe göstərənlər İlham Əliyevlə görüşdə münasibəti dəyişməyə çalışdılar

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasnın prezidneti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında dünyanın bir sıra ölkələrinin liderləri ilə, Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, AŞ baş katibi ilə görüşlər keçirib.

Sabiq deputat Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-cı toplantısında iştirak etmək üçün ABŞ-a səfəri həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan çox zəngin və uğurlu bir səfər oldu. Elşad Mirbəşiroğlu qeyd edib ki, BMT dünyada cərəyan edən proseslərə real təsir imkanına malik olan ən böyük təşkilatdır və müasir dünyada cərəyan edən siyasi proseslərdə artan turbulentlik bu təşkilat çərçivəsində təmasların əhəmiyyətinə ümumilikdə təşkilatın özünün yoluna çox ciddi təsir göstərməkdədir. Politoloqun fikrincə, BMT əvvəlki illərlə müqayisədə daha çox məsuliyyət daşıyır, daha ciddi və təsirli addımlar atmaq atmalı olur.

Elşad Mirbəşiroğlu

“Bu baxımdan, ümumiyyətlə 80-ci sessiya özlüyündə çox əhəmiyyətli bir hadisədir və bu toplantı çərçivəsində də Azərbaycan prezidentinin təmasları da ayrıca əhəmiyyətlidir. Ölkə prezidenti bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirdi, fikir mübadiləsi apardı. Ən yadda qalanı ABŞ prezidenti Donald Trampla baş tutan səmimi söhbət oldu və Donald Tramp Azərbaycan prezidentinə olan rəğbətini ifadə etmiş oldu. Finlandiyanın prezidenti ilə Azərbaycan prezidenti arasında baş tutan görüşdə müzakirə olunan məsələlər baxımından çox əhəmiyyətli idi və bu görüşlər çərçivəsində biz görürük ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti Cənubi Qafqaz regionunda sülhün əsas təşəbbüskarı kimi qəbul olunur. Bu mənada Finlandiya prezidenti ilə görüş zamanı da Vaşinqtonda imzalanmış sənədin əhəmiyyəti bir daha vurğulandı”-deyən sabiq deputat qeyd edib ki, ümumiyyətlə, Cənubi Qafqaz regionunda sülhün və əmin amanlığın əldə olunmasının vacibliyindən, həmçinin bu istiqamətdə Azərbaycanın rolundan bəhs olunub.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan prezidenti eyni zamanda digər ölkələrin də, dövlət başçıları ilə görüşərək analoji mövzularda ölkəmiz dövlətlər arasında ikitərəfli münasibətlərin səviyyəsindən gələcək perspektivlərindən söhbət açılıb. Elşad Mirbəşiroğlunun fikrincə, bu da gələcək əməkdaşlığa təsir edəcək təkan verəcək amil rolunda çıxış edir.

“Qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti ilə görüş zamanı Avropa Şurasının və Baş katibinin münasibətinin Azərbaycana bütövlükdə görürük. Vaxtilə Avropa Şurası Azərbaycana münasibətdə ədalətsiz mövqeləri ilə seçilirdi. Amma artıq Azərbaycanın güc mövqeyi, Azərbaycanın siyasi iradəsi, diplomatik gücü və bizim haqlı mövqeyimizlə barışmağı şərtləndirməkdədir. Avropa Şurasının Baş katibi ilə Azərbaycan prezidenti arasında görüş zamanı çox aydın müşahidə olundu. Eyni zamanda, regiondakı vəziyyət, Azərbaycanla Ermənistan arasındakı sülh məsələsi də Avropa Şurasının baş katibi ilə Azərbaycan prezidenti arasında baş tutan görüş zamanı toxunulan əsas məsələ oldu.

Qeyd etmək lazımdır ki, belə görüşlər çərçivəsində Azərbaycan prezidenti bir daha ölkəmizin sülh təşəbbüslərindən söz açır və növbəti dəfə nümayiş etdirir ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarı və tərəfdarıdır. Eyni sözləri BMT baş katibi Quttereşlə Azərbaycan prezidenti arasında baş tutan görüşə də aid etmək olar. Bu görüşlər bir daha Azərbaycanın siyasi, diplomatik iradəsini gücünü nümayiş etdirmiş oldu

Diqqətçəkən məqam ondan ibarət oldu ki, ölkə prezidenti dünyanın aparıcı, şirkətlərinin həm maliyyə sahəsində, həm iqtisadiyyatın digər sahələrində söz sahibi olan şirkətlərin rəhbərləri ilə görüşdü. Həmin şirkətlərlə Azərbaycan arasında əməkdaşlıq vəziyyəti, perspektivləri müzakirə olundu”-deyə sabiq deputat bildirib.

Elşad Mirbəşiroğlu hesab edir ki, növbəti mərhələdə dünyanın ən nüfuzlu və ən ciddi maliyyə ehtiyatlarına, maliyyələrinin idarə olunması imkanlarına sahib olan şirkətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəmin yaranmış oldu.

“Bütün bunlar çox əhəmiyyətlidir. Ümumiyyətlə, ölkə Prezidentinin BMT Baş Assambleyasının 80-ci toplantısında iştirakı üçün etdiyi səfər bütün səfərlər kimi kifayət qədər uğurlu oldu. Bu, bizim ölkəmizin beynəlxalq təmaslarının daha da genişlənməsinə və səmərəliliyinin daha da artmasına ciddi təsir göstərəcək bir səfər oldu”-deyə Elşad Mirbəşiroğlu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
icma.az

1Mənbələr