AZ

Yığmanı bizim insanımızı, mədəniyyətimizi, futbolçularımızı yaxından tanıyan biri çalışdırmalıdır

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan millisində müəyyən kriteriyalara uyğun olan məşqçi işləməlidir. Kriteriyalar çoxdur, hamısını sadalamaq istəmirəm. Onlardan biri budur ki, yığmanı bizim insanımızı, mədəniyyətimizi, futbolçularımızı yaxından tanıyan biri çalışdırmalıdır". 

Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov deyib.

O, portuqaliyalı Fernandu Santuşun gedişindən sonra millinin baş məşqçi postuna əsas namizədlər barədə fikirlərini bölüşüb: "Yerli və ya əcnəbi müzakirələrini, taktiki-texniki bilgiləri və ya buna bənzər başqa nüansları bir kənara qoysaq, futbolçulara motivasiya verə bilmək, onlarla dil tapmaq da çox önəmli şərtdir. Belə desək, milli üzvlərinin ürəyinə toxuna biləcək birinə ehtiyac var. Onsuz da taktika anlayışın nə qədər yüksək olsa da, Azərbaycan millisi ilə Fransanı, Ukraynanı uda, yer aldığın qrupdan çıxa bilməyəcəksən. Amma müəyyən inkişafa nail olmaq istəyiriksə, mütəxəssisin psixoloki təsir gücü nəzərə alınmalıdır. Yalnız belə biri komandamızı bir qədər irəli apara bilər. Yerlilərdən Ayxan Abbasov, Arif Əsədov, Rəşad Sadıqov, Samir Abbasov, Tərlan Əhmədov bu işin öhdəsindən gələ bilər. Nəticə baxımından heç biri Fernandu Santuşdan zəif göstərici ilə yadda qalası deyillər. Taktiki biliklər, təcrübə başqa anlayışdır. Santuş bu yöndə hamısından üstün ola bilər. Amma görülən işin nə dərəcədə effektli alınması daha vacibdir. Açığı, bu haqda çox danışmaq istəmirəm. Kimi təyin edəcəklərsə, öz işləridir. Təki millimiz üçün faydalı biri olsun".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
fanat.az

2Mənbələr