AZ

Beş il həbsdə qalacaq, amma Makrondan əfv istəməyəcək

Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviyadan maliyyələşmə ittihamı ilə aldığı 5 illik həbs cəzasına görə Makrondan əfv istəməyəcək.

Publika.az xəbər verir ki, bu barədə BFMTV-yə onun vəkili Jan-Mişel Darroy məlumat verib.

Onun sözlərinə görə, müdafiə tərəfi cəzanı əsassız hesab edir və Sarkozinin həbs müddətinin mümkün qədər qısa olması üçün bütün hüquqi imkanlardan istifadə etməyi planlaşdırır.

“O, prezidentdən əfv istəməyi düşünmür, çünki günahsızlığını sübut etmək niyyətindədir”, - deyə vəkil bildirib.

Seçilən
11
publika.az

1Mənbələr