AZ

Azərbaycan və Mərkəzi Asiya "ACWA Power"in dəstəyi ilə külək energetikasının inkişafını sürətləndirir

Bakı. Trend:

Mərkəzi Asiya və Azərbaycanda külək enerjisinin inkişafı “ACWAPower” şirkətinin layihələri, vergi güzəştləri və yerli icmalarındəstəyi sayəsində yeni mərhələyə qədəm qoyur.

Trend xəbər verirki, bunu “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”çərçivəsində “ACWA Power”in NOMAC külək parklarının istismar vətexniki xidmət üzrə direktoru Rackumar Qopalsami bildirib.

O qeyd edib ki, şirkət yalnız turbin istehsalçıları iləinnovativ həllər tətbiq etmir, həm də külək parklarının yerləşdiyiregionları fəal şəkildə dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycanda “ACWA Power” 240 meqavatgücündə layihə həyata keçirir və bunun 78 meqavatlıq hissəsi artıqBakıya yaxın ərazidə uğurla istismara verilib.

“2025-ci ilin sonunadək şirkət tikintini tam başa çatdırmağı və2026-cı il yanvarın 1-dən etibarən ildə 907 QVt·saat təmiz enerjiilə təxminən 300 min ev təsərrüfatını təmin etməyi planlaşdırır ki,bu da CO₂ tullantılarının 400 min ton azalmasına imkan verəcək.Özbəkistanda isə “ACWA Power” 500 MVt gücündə, hər biri 6,5 MVtolan 79 turbindən ibarət ən iri Bash külək parkını inkişafetdirməkdədir”,- deyə o vurğulayıb.

R.Qopalsami qeyd edib ki, şirkətin külək enerjisi layihələrihəmçinin yerli icmalar üçün sosial dəstək tədbirləri ilə müşayiətolunur, bunlara məktəblərin tikintisi və infrastrukturun inkişafıdaxildir.

Məqalədə:
Seçilən
61
az.trend.az

1Mənbələr