AZ

ABŞ Azərbaycanla münasibətləri daha da gücləndirəcək

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqtonda Prezident Donald Tramp və Prezident İlham Əliyevin imzaladığı Anlaşma Memorondumu ABŞ-Azərbaycan strateji tərəfdaşlığının yaradılması istiqamətində ilk addımdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon deyib.

Diplomat ümid edir ki, bu, ortaq maraq doğuran məsələlər üzrə əlaqələndirməni gücləndirəcək: “Növbəti 3 il ərzində mənim məqsədim ölkələrimiz arasında münasibətləri daha da gücləndirmək, regionda sülh prosesini gücləndirmək və həm azərbaycanlılar, həm də amerikalılar üçün faydalı olacaq iqtisadi layihələri təşviq etməkdir.

Əl-ələ verərək daha çox şey edə bilərik. Mənə artıq aydın oldu ki, Azərbaycanın zəngin mədəniyyəti, qonaqpərvər insanları, gözəl təbiəti və dadlı mətbəxi var. Burada olduğum müddətdə bütün bunları yaşamağı səbrsizliklə gözləyirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
11
icma.az

10Mənbələr