ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Fransada turun mərkəzi oyunu bazar günü keçirilməliydi. Ancaq “Marsel”lə PSJ-nin nəzərdə tutulan vaxtda meydana çıxması mümkün olmadı. Arzuolunmaz hava şəraiti oyunu əngəllədi. Belə ki, bazar günü axşam saatlarında Marseldə leysan yağışı müşahidə olundu. Bu oyun dünən axşam keçirildi.Qalan oyunlara gəlincə, “Monako” evdə aşkar autsayder “Mets”i darmadağın etdi. Maraqlıdı ki, 2-ci hissədə meydana çıxan Fati cəmi 37 saniyə sonra fərqləndi. O, “Monako”nun heyətində keçirdiyi debüt oyununda – “Brügge” ilə ÇL çərçivəsindəki qarşılaşmada sonradan meydana çıxmış və qol vurmuşdu. İddialılardan “Lill” “Lans”la səfər oyununda pərən-pərən düşdü – 0:3. “Brest” – “Nitsa” oyununda da meydan sahibləri böyükhesablı qələbə qazandı. “Lion” – “Anje” oyununda “şirlər”in qələbəsi üçün bir qol bəs etdi. “Oser” – “Tuluza” oyunu da 1:0 hesabıyla bitdi. “Nant” – “Renn”, “Havr” – “Loryan” oyunlarında məhsuldar heç-heçə qeydə alındı, “Paris” evdə “Strasbur”a uduzdu. 5-ci turMonako – Mets 5:2Biret, 28. Fati, 46; 83. Kuao, 86-öz qapısına. İlenihena, 90+3 – Diallo, 13. Eyn, 67-p. (6080)Monako: Kön, Kerer, Teze, Dayer, Uattara (Enrike, 80), Akliuş, Bamba (Dyatta, 33), Kamara, Minamino (İdumbo, 80), Biret (İlenihena, 68), Brunner (Fati, 46).Lion – Anje 1:0Tessmann, 65. (44437)Nant – Renn 2:2Mvanqa, 64. Əl-Ərəbi, 90+6 – Blyas, 28-p. Lepol, 35. (31337)Brest – Nitsa 4:1Ajork, 6. Del Kastilyo, 9. Şotar, 70. Labo, 76 – Moffi, 30. (14158)Lans – Lill 3:0Said, 28. Toven, 43. Fofana, 52. (38223)Paris – Strasbur 2:3Diko, 81. Qori, 90+4 – Paes, 27. Due, 78. Emeqha, 87. (17912) Oser – Tuluza 1:0Louder, 45+2. (15562)Havr – Loryan 1:1Sumare, 47 – Tosin, 21. (17483)Marsel – PSJ 1:0Agerd, 5.1. Monako 5 4 0 1 13-7 122. PSJ 5 4 0 1 10-4 123. Lion 5 4 0 1 7-3 124. Strasbur 5 4 0 1 8-5 125. Lill 5 3 1 1 13-8 106. Marsel 5 3 0 2 10-4 97. Lans 5 3 0 2 8-5 98. Renn 5 2 2 1 7-8 89. Tuluza 5 2 0 3 7-9 610. Oser 5 2 0 3 4-6 611. Paris 5 2 0 3 9-12 612. Nitsa 5 2 0 3 6-9 613. Anje 5 1 2 2 3-4 514. Brest 5 1 1 3 9-11 415. Havr 5 1 1 3 6-8 416. Nant 5 1 1 3 3-5 417. Loryan 5 1 1 3 6-13 418. Mets 5 0 1 4 5-13 1Bombardirlər: Kebbal (Paris), Neveş, Barkolya (hər ikisi PSJ), Paniçelli (Strasbur), Maqri (Tuluza), Lepol (Renn), Tosin (Loryan) – 3.Növbəti turun oyunları senytabrın 26-28-i aralığında keçiriləcək:Strasbur – Marsel, Loryan – Monako, Tuluza – Nant, PSJ – Oser, Nitsa – Paris, Anje – Brest, Lill – Lion, Mets – Havr, Renn – Lans.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.