AZ

Amerikalı diplomat: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır

ABŞ və Azərbaycan 30 ildən artıqdır tərəfdaşdırlar.
APA xəbər verir ki, bunu ABŞ-ın yeni Missiya rəhbərinin müavini Emi Karlon deyib.
O bildirib ki, ABŞ-la Azərbaycan birlikdə terrorizmlə mübarizə aparıb, enerji təhlükəsizliyini inkişaf etdirib və hər iki ölkə üçün rifah yaradıblar.
“ABŞ və Azərbaycan üçün həqiqətən tarixi bir anda burada olmaq mənim üçün şərəfdir. Ağ Evdə 8 avqust tarixində sülh razılaşması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz regionu üçün cəsarətli yeni səhifənin başlanğıcını qoydu”, - diplomat qeyd edib.

Emi Karlon vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulmasına yardım etməyə sadiqdir.
Seçilən
20
4
sherg.az

6Mənbələr