AZ

Al Jazeera: İsrail qüvvələri Qəzzada köçkünlərin yerləşdiyi çadırları atəşə tutub

Al

Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat qaçqın düşərgəsi İsrail Hərbi Qüvvələrinin hücumuna məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" televiziya kanalı məlumat verib.

Kanalın verdiyi məlumata görə, hücum pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib. PUA tərəfindən atılan raketlərdən biri, müharibə səbəbindən digər bölgələrdən qaçan, köçkün vəziyyətində olan Fələstinlilərin yerləşdiyi çadırın üzərinə düşüb. Kanalın iddialarına görə, hücum nəticəsində yeddi nəfər həlak olub, yaralananların sayı isə dəqiqləşdirilir.

Məryəm Quliyeva

Seçilən
19
1
xalqcebhesi.az

2Mənbələr