AZ

Amerikalı diplomat: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır

ABŞ və Azərbaycan 30 ildən artıqdır ki, tərəfdaşdırlar.

APA xəbər verir ki, bunu ABŞ-nin yeni Missiya rəhbərinin müavini Emi Karlon deyib.

O bildirib ki, biz birlikdə terorizmlə mübarizə aparmışıq, enerji təhlükəsizliyini inkişaf etdirmişik və hər iki ölkə üçün rifah yaratmışıq: “ABŞ və Azərbaycan üçün həqiqətən tarixi bir anda burada olmaq mənim üçün şərəfdir. Ağ Evdə 8 avqust tarixində Sülh razılaşması təşəbbüsü ənün irəli sürülməsi Cənubi Qafqaz bölgəsi üçün cəsarətli yeni səhifənin başlanğıcını qoydu. ABŞ Azərbaycan və Ermənostan arasında davamlı sülhün qurulmasına yardım etməyə sadiqdir”.

Seçilən
27
4
apa.az

6Mənbələr