AZ

Şuşada yeni binalar tikiləcək 31 milyon manat ayrıldı

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən keçirilən iki tender müsabiqəsinin qalibi “Crystal İnşaat” ASC (VÖEN: 1603491051) olub.

Yeniavaz.com xəbər verir ki, “Crystal İnşaat” ASC Qoruq İdarəsinin sifarişi əsasında Şuşa şəhəri, D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8 və 9 nömrəli yaşayış binalarının tikinti işlərini həyata keçirəcək və qarşılığında 14 milyon 176 min 846 manat 46 qəpik alacaq.

Bundan başqa, “Crystal İnşaat” ASC Qoruq İdarəsinin sifarişi əsasında Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin, həmçinin 1, 2, 3, 10, 11 və 12 nömrəli binaların tikinti işlərini həyata keçirəcək və bunun müqabilində 16 milyon 675 min 260 manat 66 qəpik alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 11B/2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Rəsulov Rəsul Məhəmmədəli oğludur.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
17
yeniavaz.com

10Mənbələr