AZ

Portuqaliya millisinin üzvü "Real"ın radarında

PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Real" portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Kral klubu" Vitinyanı gələn ilin yayında heyətinə qatmağı planlaşdırır. La Liqa nəhəngi 25 yaşlı orta xətt oyunçusu üçün parislilərə 50 milyon avro təzminat və əlavə olaraq Rodriqonu təklif edəcək.

Qeyd edək ki, PSJ Vitinyanı 2022-ci ilin yayında "Portu"dan 41 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

“Arsenal”ın sabiq futbolçusu vəfat edib

Sabiq “Fənər”li komanda yoldaşına şillə vurdu - OYUNDAN ATILDI - VİDEO

“Qalatasaray”ın hücumçusu zədəsini sağaldıb

“Fənər”də Sadettin Saran və Ali Koç arasında təhvil-təslim mərasimi keçirilib

Seçilən
6
1
apasport.az

2Mənbələr