Qahirə, 26 sentyabr, AZƏRTAC
Suriya turizmin inkişafı məqsədilə xarici tərəfdaşlarla 1.5 milyard dollar həcmində müqavilələr imzalayıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Suriyanın turizm naziri Mazin əs-Salihani deyib.
Nazir əlavə edib ki, bu addımlar Suriyada turizm infrastrukturunun dəstəklənməsinə və onların daha çox investisiya cəlb etməsinə gətirib çıxaracaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə