AZ

Vətən müharibəsi şəhidlərinin xatirəsi Xocalıda ehtiramla yad olunub  

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xocalı şəhər Şəhidlər xiyabanında Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub. Anım mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.

Çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfərin davamı olaraq 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Qeyd olunub ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarından illərlə didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin olunur. “Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı, kəndlərə də mərhələli şəkildə köç həyata keçirilir.

Seçilən
13
18
azerbaijan-news.az

10Mənbələr