AZ

Tiqran Keosayan ölüb...

Rusiyalı rejissor, televiziya və radio aparıcısı Tiqran Keosayan dünyasını dəyişib.

SİA xəbər verir ki,bu barədə onun həyat yoldaşı, “Rossiya Seqodnya” media holdinqinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan məlumat verib.

Simonyan Telegram kanalında yazıb: "Bu gecə Tiqran Yaradanın yanında olmağa getdi".

O, həmçinin ərinin sağlamlığı üçün dua edən hər kəsə təşəkkür edərək, onu və ailəsini narahat etməmələrini xahiş edib.

...Dua edən hər kəsə təşəkkür edirəm. Xahiş edirəm indi mənə və ailəmə zəng etməyin. Hamınıza təşəkkür edirəm, təşəkkür edirəm, - o əlavə edib.

Qeyd edək ki, teleaparıcı 2024-cü ilin dekabr ayının sonlarında klinik ölüm yaşayıb və son vaxtlara qədər komada qalıb. 59 yaşlı Keosayana əvvəllər ürək-damar problemi diaqnozu qoyulmuşdu və 2008 və 2010-cu illərdə iki dəfə infarkt keçirmişdi.

Əli Babayev

Seçilən
30
sia.az

1Mənbələr