AZ

Avropa ölkələri yeni giriş sistemini işə salacaq

Avropa

Oktyabrın 12-də üç Avropa ölkəsi – Estoniya, Almaniya və Lüksemburqda yeni Giriş Çıxış Sistemini (EES) istifadəyə verməyə hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Rəqəmsal EES sisteminin Şengen bölgəsinə ilk dəfə daxil olan bütün əcnəbilərdən biometrik məlumatları toplayacağı, pasportlardakı kağız möhürləri tamamilə aradan qaldıracağı vurğulanır. Bütün Avropa ölkələri buna 2026-cı ilin aprelinə qədər keçəcəklər, lakin Estoniya, Almaniya və Lüksemburq artıq texniki cəhətdən işə salınmağa hazırdır.

Məryəm Quliyeva

Seçilən
13
1
xalqcebhesi.az

2Mənbələr