AZ

Moskva ilə körpülər yandırılır? ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Kiyevin baş ravvini Yonatan Markoviçin dəvəti ilə yüzlərlə yəhudi 5786-cı yəhudi Yeni ilini Roş-Ha-Şananı qeyd etdi. Bu tədbirin sadəcə dini bayramdan ibarət olmadığını sübut edən isə iştirakçıların tərkibi idi. Tədbirdə diplomatik korpusun nümayəndələri, 16 dost və tərəfdaş ölkənin səfirləri, həmçinin Ukraynanın hərbi kəşfiyyatının rəhbəri general-leytenant Kirill Budanov.

Bayramda ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İsrail, Çexiya, Baltik ölkələr və Azərbaycan kimi dövlətlərin diplomatları iştirak edirdi.

Tədbirə Ukraynanın simvollarından birinə çevrilmiş general Budanovun qatılması isə hakimiyyətin, ordunun və cəmiyyətin birliyini nümayiş etdirdi. Bu, müharibə şəraitində belə Ukraynanın əzmini və qətiyyətini vurğuladı.

Cənubi Qafqaz ölkəkərindən ancaq Azərbaycan iştirak edirdi və bu, diqqətçəkən məqam oldu. Ukraynanı dəstəkləyən beynəlxalq platformalarda Bakının ardıcıl iştirakı yalnız dostluq jesti deyil, həm də strateji seçimdir. Bu, Azərbaycanın geosiyasi kursunda mühüm dönüşü ifadə edir: Moskva ilə körpülər yandırılır.

Bu addım Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını göstərir. Azərbaycanın Ukrayna ilə eyni cərgədə yer alması, NATO müttəfiqləri ilə birlikdə dayanması, Rusiyadan sistemli şəkildə uzaqlaşmağımızın göstəricisidir.

Kamran Cəfərov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
icma.az

1Mənbələr