AZ

"27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və milli qürur günü kimi həkk olunub" - DEPUTAT

"27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və milli qürur günü kimi həkk olunub" - DEPUTAT"27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və milli qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Həmin günAzərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir. Ermənistan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmağa başlamışdılar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

"27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və milli qürur günü kimi həkk olunub" - DEPUTATO, açıqlamasında qeyd edib ki, təkcə 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 yaxın azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir:

"1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan işğalçı dövlətə çevrilmişdi. 1988-ci ildən başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir
İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərirdi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığına görə bəşər tarixinə ən utancverici səhifə olaraq yazıldı. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirməsi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənməsi isə işğalçını daha da ruhlandırıb yeni müharibələrə şərait yaratdı. Elə buna görə də BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Azərbaycan xalqı heç zaman işğalla barışmadı, 2020-ci ilin 27 sentyabrında başlayan növbəti ermən təxribat isə hərbi cavabı zəruri etdi. Əslində bu , tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi.
Vətən müharibəsi Azərbaycanın şanlı tarixi, xalqımızın qürur mənbəyidir. Şəhidlərimizin qanı bahasına qazanılan Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub. 27 Sentyabr – Anım Günü xalqın öz qəhrəmanlarının müqəddəs ruhuna ehtiramın rəmzidir".

Vüsalə İbrahimli

Seçilən
7
2
sonxeber.az

3Mənbələr