AZ

18 yaşlı argentinalı hansı kluba keçəcək?

“Çelsi” və “Barselona” İan Subiabreni hədəfə alıblar.

“Soy del Millo” nəşrinin məlumatına görə, London klubu “River Pleyt”in hücumçusunu transfer etmək üçün İspaniya nəhəngini arxada qoymağa çalışır. “River Pleyt” rəhbərliyi isə Subiabreni asanlıqla buraxmaq istəmir. 18 yaşlı argentinalı futbolçu hücumun üç mövqeyində oynaya bilir.
Onun klubla mövcud müqaviləsinin müddəti 2026-cı ilin dekabrına qədərdi. Lakin Argentina nəhəngi yeni İana sözləşmə təklif etməyi və sərbəst buraxılma bəndinə 100 milyon avro məbləğini əlavə etməyi planlaşdırır.

İan “River Pleyt”in əsas komandasında 2024-cü ilin fevralından çıxış edir. O, indiyədək 19 matç keçirib, 1 qol və 1 qolun ötürməsi ilə yadda qalıb.

Seçilən
9
1
football-plus.az

2Mənbələr