AZ

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib

Qusar rayonunun Laza kəndində selin gətirdiyi palçıq axını azalıb.

Bu barədə APA-nın şimal bürosuna rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib.

O qeyd edib ki, 3 fərdi yaşayış evi üçün təhlükə olduğundan həmin evlərin sakinləri və mal-qara təhlükəsiz əraziyə köçürülüb.

Çay yatağının təmizlənməsi, genişləndirilməsi və bəndlərin qurulması nəticəsində palçıq axınının evlərə dolmasının qarşısı alınıb: “Hazırda kənddə təbii fəlakətlə bağlı vəziyyət stabilləşib. Palçıq axını azalıb, yalnız lilli su axır. Fərdi yaşayış evləri üçün hər hansı təhlükə yoxdur”.

Qeyd edək ki, sentyabrın 22-də səhər saatlarından Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, 1 evin həyətyanı sahəsinə, yardımçı tikililərə dolub. Ərazidə növbətçi briqadalar fəaliyyət göstərir. Laza kəndi sonuncu dəfə belə təhlükə ilə 1993-cü ildə üzləşib. Mütəxəssislər isə palçıq axınının səbəbini Şahdağa yağan qarın sürətlə əriməsi və torpaq qatını yuyaraq güclü qrunt sularının yaratması ilə izah edirlər.

Seçilən
10
3
apa.az

4Mənbələr