AZ

AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerji layihələrini maliyyələşdirib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rolu vizyonlarımaliyyələşdirilə bilən layihələrə çevirməkdir.

Trend xəbərverir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən“Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbirizamanı bildirib.

O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)investisiya edərək və günəş elektrik stansiyaları kimi bərpaolunanenerji təşəbbüslərini dəstəkləyərək, Azərbaycan və Mərkəzi Asiyaölkələrində yaşıl enerjinin inkişafına töhfə verir: "Əsas vəzifəmizambisiyaları real layihələrə çevirməkdir. Bu o deməkdir ki, bizlayihələrin hazırlanmasına, texniki-iqtisadi əsaslandırmalarınadəstək göstərir, müxtəlif variantların işlənməsinə yardım edirik,həmçinin hökumətlə birlikdə tənzimləyici islahatlar üzərindəçalışırıq.

Azərbaycanın 2030-cu ilə qədər ən azı 30% bərpaolunan enerjihədəfi var və bizim işimiz bu məqsədə çatmağa kömək etməkdir. Sonillərdə AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpaolunanenerji layihələrini maliyyələşdirib. Bu siyahıya “Masdar” şirkətiilə 230 meqavatlıq günəş layihəsi, “ACWA Power” ilə 240 meqavatlıqlayihə və yaxın zamanda eyni miqyaslı daha iki layihə daxildir. Bulayihələr təkcə rəqəmlər deyil, bunlar Cənubi Qafqazda ilk və əniri sənaye miqyaslı bərpaolunan enerji layihələridir.
Mərkəzi Asiyada isə son illərdə 1,3 milyard dollardan çox sərmayəyatırmışıq".

AYİB rəsmisi "Xızı-Abşeron" Külək Elektrik Stansiyası üzrəgörülən işlərdən də danışıb: "Yaxınlarda “ACWA Power” tərəfindənhəyata keçirilən və bizim də birgə maliyyələşdirdiyimiz"Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsinə baş çəkdim.Tikinti mərhələsində 850 nəfər işçi çalışıb, onların 70%-i yerliişçilər olub. Bu, sadəcə məşğulluq deyil, ölkəyə yeni bacarıqlarıngətirilməsi deməkdir. Layihə çərçivəsində bir ay ərzində 95 minkilometrdən çox məsafə layihə texnikası tərəfindən qət olunub.Layihə tam başa çatdıqdan sonra ildə 400 min tondan çox karbonemissiyası azaldılacaq ki, bu da on minlərlə avtomobilin yollardançıxarılmasına bərabərdir".

"Bizim rolumuz yalnız birbaşa sərmayələrlə məhdudlaşmır. Bir çoxbeynəlxalq maliyyə qurumları yeni bazarlara daxil olarkən tərəddüdedirlər, lakin AYİB-in iştirakı onlara əlavə inam verir.

Əlbəttə, etibarlı və proqnozlaşdırıla bilən elektrik şəbəkəsi dəlayihələrin uğuru üçün həlledici əhəmiyyət daşıyır. Burada vacibməqam ondan ibarətdir ki, 2024-cü ildə Azərbaycanda AYİB-in dəstəyiilə ilk dəfə bərpaolunan enerji üzrə hərrac keçirildi. Bu hərracçərçivəsində 400 meqavat gücündə günəş elektrik stansiyalarınəzərdə tutulur. Bu, təkcə layihə deyil, həm də bərpaolunanenerjinin ölkədə uzunmüddətli roluna dair sistemli bir mesajdır", -Sandro Museridze əlavə edib.

Seçilən
22
1
az.trend.az

2Mənbələr