İran Premyer Liqasının beşinci turu çərçivəsində Təbrizin "Traktor" komandası Şiraz şəhərinin "Fəcr Sepasi" klubu ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, sentyabrın 25-də Təbrizin "Bonyan dizel" stadionunda keçirilən qarşılaşma 0-0 hesabı ilə başa çatıb.
Bu nəticə ilə "Traktor" 8 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.