AZ

“Azərbaycan rəqəmsal ixrac sahəsində mövqeyini möhkəmləndirir” “Xsolla”nın prezidenti

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Azərbaycanın yaradıcılıq sahəsində güclü mədəni ənənələri var. Rəqəmsal əsrdə bunlar təbii olaraq videooyunlar, animasiya, dizayn və oyun startaplarında öz əksini tapıb. Bu gün istedadlı peşəkarların yeni nəsli ölkədə qlobal miqyasda uğurlu layihələrə öz töhfəsini verir və əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.

Bu fikirləri oyun sənayesi üçün kommersiya həlləri sahəsində dünyanın ən böyük şirkətlərindən biri - “Xsolla”nın prezidenti Kris Heviş bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti həm də ixtisaslaşdırılmış təhsili inkişaf etdirmək, studiyaları dəstəkləmək, milli mədəniyyət və tarixdən ilhamlanan məzmunun yaradılmasını təşviq etməklə fəal rol oynayır: “Ölkəniz iqtisadi baxımdan unikal potensiala malikdir. Nisbətən kiçik daxili bazarda diqqət rəqəmsal məhsul və xidmətlərin ixracına yönəlib və bu yanaşma dayanıqlı inkişafı təmin edir. Bu gün Bakıda kiçik studiya “Steam”, “App Store” və ya “Google Play”də oyun buraxa və yüz minlərlə oyunçudan ibarət qlobal auditoriyaya çıxa bilər.

Qlobal videooyun bazarı 2024-cü ildə 9 faiz proqnozlaşdırılan təxmini illik artımla 192 milyard dollara çatıb. Bu, Azərbaycanın Finlandiya, Polşa və Türkiyənin yolunu təkrarlayaraq rəqəmsal ixrac sahəsində öz mövqeyini möhkəmləndirmək, Qafqaz və Mərkəzi Asiya üçün regional haba çevrilmək üçün real imkanlar açır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
qafqazinfo.az

1Mənbələr