AZ

Ədalətsizliklə üzləşən müəllim nazirdən kömək istəyir VİDEO

ain.az, Gununsesi saytına istinadən bildirir.

Goranboy Rayonu Hazırəhmədi kənd orta məktəbinin müəllimi çalışmış Aybəniz Əliyeva Gununsesi.info vasitəsilə elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.

Uzun illər adıçəkilən məktəbdə Azərbaycan dili-ədəbiyyət müəllimi işlədiyini vurğulayan Aybəniz Əliyeva bildirib ki, diaqnistik qiymətləndirmədən yüksək nəticələri olub. Amma sertifikasiya zamanı 2 balı çatmadığından onu məktəbdən kənarlaşdırıblar.

“Ailəmin yeganə gəlir mənbəyi mən olmuşam. Mən cənab nazirimizin də qəbulunda oldum. Evimdə iki ali təhsilli oğlum işsizdir.  Regional Təhsil İdarəsinin rəhbərliyi   haqqımı tələb etidiyimə görə məktəb direktoru Təranə Cəbrayılovanı öyətdi. Mənə qarşı  facebook statusuma görə  10 min manatlıq iddia qaldırdı. Məhkəmə də bu sifarişli işə axaraq əleyhimə qərar çıxardı. 1500 manat cərimələndim, amma Apellyasiya Məhkəməsi qismən cərimə məbləğini azaltdı. Bugün məktəbdə vakansiya var. Amma məni işə almırlar. Heç bir nəticısi olmayan Sücaət Abdullayev 14 balla müəllim kimi işə götürüldü”.

Məsələ ilə bağlı Regional Təhsil İdarəsinin mövqeyini işıqlandırmağa hazırıq.

Aybəniz Əliyevanın videomüraciətini təqdim edirik.

@gununsesi.info

Haqsızlıqla üzləşən müəllimlər nazirə səslənir

♬ оригинальный звук – Gununsesi.info

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr