AZ

Azərbaycan BMT nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməklə, qlobal çağırışlara töhfə verib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu gün Azərbaycan kiçik bir dövlət olsa da, cənab Prezidentin rəhbərliyi qlobal layihələri həyata keçirir. Azərbaycanda BMT müstəvisində də çox böyük tədbirlər həyata keçirilib. Yəni 2016-cı ildə Sivilizasiyalar Alyansının VII Qlobal Forum, 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 və digər çox mühüm və vacib tədbirlərə Azərbaycan böyük uğurla ev sahibliyi edib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb. Deputat qeyd edib ki, bu gün Azərbaycan dünyamızı narahat edən qlobal problemlərə öz töhfəsini və reaksiyasını verməkdədir, bu proseslərin tənzimlənməsi üçün real addımlar atmaqdadır.

Ceyhun Məmmədov

“Pandemiya dövründə Azərbaycan bəzi ölkələrə yardım etdi. Hazırda digər önəmli mövzu ondan ibarətdir ki, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcək. Bu tədbirə ev sahibliyi etmək olduqca vacib bir məsələdir. Bu gün təəssüf ki, dünyada böhranlar və münaqişələr artır, sivilizasiyalararası yeni konfliktlər və yeni münaqişələr yaranır. Bu gün dünyamız bu prosesdən ciddi bir formada əziyyət çəkməkdədir. Bütün bunların fonunda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyi etməsi və qlobal çağırışlara töhfə verməsi çox önəmlidir.

Bu tədbirlər sırasında ən önəmlərindən biri də COP29-dur. Bu tədbirdə Azərbaycan çox böyük uğurlara imza atdı və imkanları çox olmayan dövlətlərə milyardlarla yardım edilməsi məsələsinə diqqət çəkdi. Bu gün Azərbaycan bütün bu layihələri ləyaqətlə yerinə yetirməyə davam edir və edəcək”-deyə Ceyhun Məmmədov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
bizimyol.info

1Mənbələr