AZ

Kavelaşvili: Zelenski Gürcüstana qarşı təhqiramiz hərəkətə yol verib

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“Müharibə şəraitində olan bir ölkənin lideri ilə polemikaya girmək istəmirəm”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ukrayna lideri Volodimir Zelenskinin BMT Baş Assambleyasında çıxışında Gürcüstanla bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.

Dövlət başçısı xatırladıb ki, Ukraynada müharibənin ilk günlərində V.Zelenski Gürcüstan səfirini ölkədən çıxarmaq qərarına gəlib.

“Humanitar yardımın həcminə görə ilk beşlikdə olan ölkəyə qarşı bu cür təhqiramiz hərəkətlər yolverilməzdir. Kiyev bombardman ediləndə Gürcüstan səfiri şəhərdə ölüm təhlükəsi ilə üz-üzə olsa da orada qalırdı. Zelenski könüllülərin göndərilməsini tələb edirdi, biz imtina etdikdə səfirimiz Ukraynadan çıxarıldı. Səfirin qovulması bizə qarşı təhqiramiz hərəkət deyilmi?”, - M.Kavelaşvili söyləyib.

Prezident Gürcüstanda heç vaxt bugünkü kimi müstəqil, suveren və milli yönümlü hökumətin olmadığını vurğulayıb.

Xatırladaq ki, V.Zelenski BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib ki, Gürcüstanda insan haqları və dövlət quruluşunun Avropa xarakteri yalnız tənəzzül edir. O, Gürcüstanın Rusiyadan asılı olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
sherg.az

3Mənbələr