Axı Mahirin problemi nədi? Bütün məşqçilər pisdi, Mahir yaxşı? Nədə səhv edir, niyə hər dəfə uğursuzluğa düçar olur? Bu suallarımenecer Tural Əsgərova ünvanladıq, onun cavabı isə bir qədər gözlənilməz oldu:
“Mahirin indiki və potensial vəziyyəti müntəzəm müzakirə olunur. Bir şey deyə bilərəm: Mahir Emreli haqda danışmaq istəmirəm. Ümumiyyətlə, danışmaq istəmirəm. Səbəb də budu ki, mən onun rəsmi agenti olmuşam. Hesab edirəm ki, bu gün mənim Mahir haqda danışmağım etik deyil. Xüsusən də tənqidi fikirlər səsləndirsəm, birmənalı qarşılanmayacaq. Bir agent hansısa mövzuda fikir söyləyə bilər, amma sabiq müştərisi haqda danışmasa, yaxşıdı. Demirəm ki, danışmamalıdı. Sadəcə, danışmasa, daha yaxşıdı. Mən bu gün Mahir haqda danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki… (bir neçə saniyə düşünür) Yox, heç axırını deməyim”.
MÜZƏFFƏR QULUZADƏ