AZ

Kobaxidze: Gürcüstanda qütbləşmə dərəcəsini azaltmışıq

“Təəssüflər olsun ki, qeyri-şəffaf xarici maliyyələşdirmə Gürcüstanda qütbləşməni süni şəkildə qızışdırmaq üçün fəal şəkildə istifadə olunurdu. Bu gün qütbləşmənin dərəcəsi azalıb və radikal qüvvələrin artıq öz planlarını uğurla həyata keçirmək üçün imkanları yoxdur”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Biznes Assosiasiyasının konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Şəffaflıq haqqında” Qanun Gürcüstanda daha böyük sabitliyi təmin edib və qütbləşməni azaldıb.

“Siyasi sabitlik biznes üçün əsas əhəmiyyət kəsb edir. Biz ölkədə siyasi sabitliyin və əmin-amanlığın təmin olunması üçün əlimizdən gələni edirik və bunun üçün ötən illər ərzində çox işlər görülüb”, - Baş nazir söyləyib.

İ.Kobaxidze oktyabrın 4-də yerli seçkilərin dinc şəraitdə keçəcəyinə inandığını bildirib:

“Bəzi qeyri-ciddi bəyanatlara baxmayaraq, seçkilər sülh şəraitində keçəcək, ölkənin dinc və sabit inkişafı davam etdiriləcək”.
Seçilən
3
2
sherg.az

3Mənbələr