AZ

Azərbaycan klubunun baş məşqçisi: “Yaxşı oynayan legionerləri komandaya qaytara bilmədik”

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sumqayıt” basketbol komandası ötən mövsüm yaxşı çıxış edən legionerləri müəyyən səbəblərdən geri qaytara bilməyib.

İdman.biz xəbər verir ki, bu barədə klubun baş məşqçisi Vadim Kuramşın mətbuat xidmətinə açıqlama verib.

O, komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb: “Doğrusu, hazırlıq mərhələsinə bir qədər gec başladıq. Elə indi də komanda tam heyətlə məşq etmir. 2-3 gündən sonra daha bir yeni transferimiz məşqlərə qoşulacaq. Amma istənilən halda, hazırda məşqlərimiz qaydasında gedir”.

Kuramşın “Sumqayıt”ın yeni mövsümdəki hədəflərindən danışıb: “Hədəfimiz ilk pilləni tutub A Liqasına yüksəlməkdir. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Ötən mövsüm necə xoş təsir bağışlamışdıqsa, yenə də eyni əzmkarlıqla oynamaq istəyirik. Doğma şəhərimiz Sumqayıtın adı üçün var qüvvəmizlə mübarizə aparacağıq. Hərçənd ki, müəyyən səbəblərdən ötən mövsüm çox yaxşı oynayan legionerlərimizi geri qaytara bilmədik”.

O, sonda azarkeşləri də yeni mövsümdə komandaya dəstək olmağa çağırıb: “Sumqayıtlı fanatları mütləq oyunlarımızda gözləyirik. Onlar ötən mövsüm bizə çox yaxşı dəstək verdilər. Basketbolçularımız onların sevimlisinə çevrildilər. Ümid edirəm ki, yeni heyət ötən mövsümdəkindən zəif olmayacaq”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
5
icma.az

8Mənbələr