AZ

Gəncə Mingəçevir Ağstafa qatarının ildə 100 min sərnişin daşıyacağı gözlənilir

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

İlkin hesablamalara görə, Gəncə–Mingəçevir–Ağstafa dəmir yolu marşrutu üzrə ildə təxminən 100 min sərnişin daşınacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev marşrut üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə dəmir yollarının səyahət coğrafiyası genişlənir, dolayısı ilə qatarla daşınan sərnişinlərin sayı artır: "Bu istiqamətlər üzrə səfər edən, Mingəçevir və Gəncə, Tovuz, Ağstafa, Goran, Dəllər və Qovlarda yaşayan insanlar üçün mobillik imkanları genişləndiriləcək. Marşrut daha çox Mingəçevir əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə, şəhərin turizm potensialının daha da artırılmasına və tanıdılmasına şərait yaradacaq".

O qeyd edib ki, ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək məqsədilə səylə çalışır: "Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz "Wi-Fi" xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı-Ağstafa-Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı-Ağdam-Bakı xətti açılıb. Qeyd edim ki, Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
8
baku.ws

9Mənbələr