AZ

Azərbaycan şairi Əli Nurvəşın Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Təbrizli şair Əli Nurvəş Əncərd (Çağla) 24 sentabr 2025-cü il çərşənbə günü saat 10:30-da evində təhlükəsizlik işçiləri tərəfindən həbs edilib.

Gunaz.tv

Axtarış zamanı onun mobil telefonunu, şəxsi noutbukunu, aldığı mükafat və təşəkkür lövhələrini götürərək Kəşfiyyat İdarəsinə təhvil verilib.

“Qızıl alma” xəbər kanalı bir neçə saatlıq sorğu-sualdan sonra Əli Çağlanın həmin gün axşam saatlarında müvəqqəti olaraq sərbəst buraxıldığını bildirib. Hələlik həbsin səbəbi və ya ona qarşı işin mümkünlüyü barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Əli Çağla “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü, "Kulis.az" saytının və Türküstan qəzetinin nümayəndəsidir. Azərbaycan ordusunun Qarabağın azad edilməsinə səbəb olan 44 günlük müharibəsində Nərgiz İsmayılova ilə “Öncə Vətən” adlı şeir və hekayələr toplusunu tərtib və redaktə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr