Xankəndi şəhərində yanğın olub.
News24.az -ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Xankəndi şəhər ərazisində yaşayış olmayan evdə baş verib. Hadisə yerinə FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb yanğının səbəbi araşdırılır.
