AZ

Türkiyənin məşhur simaları Bakıda - Foto

Türkiyədə Yeşilçam filmlərinin məşhur aktrisası Hülya Koçyiğit, aktyorlar Berk Oqtay, Anıl Altan və aktrisa Duyğu Sönməz Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində Bakıya gəlib.

Kult.az Teleqraf-a istinadən xəbər verir ki, Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində aktrisa ilə görüş keçirilib.

Hülya Koçyiğit Bakı haqqında təəssüratlarını bölüşüb.

"Ötən illərdə Bakıya gələ bilməmişdim. Həmişə Mədəniyyət Nazirliyimizə deyirdim ki, məni Bakıya aparsınlar. Çünki biz eyni duyğuları yaşayırıq, eyni filmləri izləyirik. Bu gün sizinlə görüşdüyüm üçün çox xoşbəxtəm. Yaxşı ki, film sahəsi var. Qəlbimdə daşıdığım sevgini sizlərlə filmlərim vasitəsilə bölüşdüm. İndi isə yenidən birlikdəyik, nə xoş mənə!" - aktrisa əlavə edib.

Aktyor Berk Oqtay çıxışında başda Milli qəhrəman Mübariz İbrahimov olmaqla, vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib.

O, şəhərimizin çox gözəl və təmiz olduğunu vurğulayıb:

"İnsanlar baxımında fərq yoxdur. Eyni millətik".

Seçilən
4
axar.az

1Mənbələr